Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb

Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb
# 15 may 2024 10:29 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 7,6 dəfə çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dörd ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2%-ə yaxın azalma deməkdir.

Məlumata görə, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR