Bu ilin iyun ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaitləri hesabına ölkədə fəaliyyət göstərən banklar tərəfindən 6,9 mln. manat həcmində ipoteka krediti verilib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, may ayı ilə müqayisədə 2,9 dəfə və ya 13,3 mln. manat azdır.
Cari ilin yanvar-iyun aylarında banklar tərəfindən 100,7 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% və ya 16,7 mln. manat azdır.
Bundan başqa, iyunda AİKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi əvvəlki aya nisbətən 33,6% və ya 7,1 mln. manat azalıb. Cari ilin yanvar-iyun ayları ərzində isə Fondun yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin ümumi həcmi 135,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% və ya 27,3 mln. manat çoxdur.