Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 652,5 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesi məhsullarının istehsalında 69,1%, əczaçılıq məhsullarının istehsalında 67,4%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 29,3% artıb.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 2,7 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 53%, kimya məhsullarından propilen istehsalı 22,3 % artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2022-ci il, yanvar-mart |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
|
Azot, min kubmetr |
5 484,6 |
101,9 |
|
ondan əmtəəlik |
105,6 |
145,7 |
|
Yod, ton |
35,4 |
90,1 |
|
Oksigen, min kubmetr |
948,4 |
39,3 |
|
ondan əmtəəlik |
939,3 |
39,1 |
|
Propilen, min ton |
40 |
122,3 |
|
ondan əmtəəlik |
37,5 |
123 |
|
Polietilen, min ton |
42,2 |
100,2 |
|
Etilen, min ton |
41,4 |
97,9 |
|
Metanol (metil spirti), min ton |
147 |
- |
|
Lak-boya məmulatları, ton |
5 322,8 |
97,9 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
12 659,8 |
131,7 |