Bank Of Baku

Azərbaycanda kimya istehsalının dəyəri artıb - CƏDVƏL

Azərbaycanda kimya istehsalının dəyəri artıb - CƏDVƏL
# 18 fevral 2022 15:52 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 203,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 63,2%, kimya sənayesi məhsullarının istehsalında 61,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 18,6% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,8 dəfə, əsas kimya məhsullarından propilen istehsalı isə 5,9% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2022-ci il, yanvar

2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %

Azot, min kubmetr

1 877,1

98,5

ondan əmtəəlik

17,1

36,8

Yod, ton

13,4

89,3

Oksigen, min kubmetr

176

13,5

ondan əmtəəlik

173

13,3

Propilen, min ton

14,4

105,9

ondan əmtəəlik

13,7

108,7

Polietilen, min ton

16,1

89,9

Etilen, min ton

15,6

87,2

Metanol (metil spirti), min ton

50

-

Lak-boya məmulatları, ton

1 668,2

94,1

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

2 959,2

108,3

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR