Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 537,9 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2%, kimya sənayesi məhsullarının istehsalı 16,7%, əczaçılıq məhsullarının istehsalı isə 0,9” artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından metanol 91,5%, karbamid 68,2%, yapışqan və yapışdırıcı maddələr 20,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,4 dəfə, polietilendən kisə və çantalar istehsalı 63,6%, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 61,8%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 7,7% artmışdır.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Təsirsiz qazlar, min kub metr |
10815,2 |
85,7 |
118,5 |
ondan: |
|
|
|
azot, min kub metr |
5903,8 |
103,1 |
115,0 |
Lak-boya məmulatları, ton |
5239,4 |
92,8 |
490,6 |
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
8760,0 |
116,0 |
6770,0 |
ondan: |
|
|
|
yod, ton |
48,7 |
99,0 |
10.9 |
Üzvi kimyəvi maddələr, min ton |
266,9 |
124,7 |
41,1 |
ondan: |
|
|
|
etilen, min ton |
42,9 |
90,7 |
0,3 |
propen (propilen), min ton |
40,5 |
93,3 |
0,4 |
metanol (metil spirti), min ton |
144,2 |
191,5 |
31,8 |
Etil spirti, min dkl |
- |
- |
20,7 |
Gübrə və azot birləşmələri, min ton |
167,1 |
168,3 |
44,7 |
ondan: |
|
|
|
karbamid, min ton |
167,0 |
168,2 |
44,7 |
İlkin formada plastik kütlə, min ton |
82,1 |
92,2 |
34,1 |
ondan: |
|
|
|
polietilen, min ton |
41,1 |
86,7 |
22,6 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
25,1 |
120,7 |
7,5 |