Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 554,9 milyon manatlıq məhsul istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3%, kimya sənayesi məhsullarının istehsalı 1,9% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 1,8% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1%, polietilen istehsalı 0,5% artıb, etilen istehsalı 2,3 faiz, propen (propilen) istehsalı 10,4%, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3%, polietilendən kisə və çantalar istehsalı isə 38,6% azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
11 053,1 |
102,2 |
65,5 |
|
ondan: azot, min kub metr |
5 796 |
98,2 |
62 |
|
Lak-boya məmulatları, ton |
7 237,3 |
138,1 |
5 98,1 |
|
Qeyri-üzvi kimyəvi maddələr, ton |
3 690,0 |
42,1 |
6 720 |
|
ondan: yod, ton |
44 |
90,3 |
22,5 |
|
Üzvi kimyəvi maddələr, min ton |
209,5 |
78,5 |
38,2 |
|
ondan: etilen, min ton |
41,9 |
97,7 |
0,8 |
|
propen (propilen), min ton |
36,3 |
89,6 |
0,8 |
|
metanol (metil spirti), min ton |
97,7 |
67,8 |
29,5 |
|
Etil spirti, min dkl |
- |
x |
34 |
|
Gübrə və azot birləşmələri, min ton |
137,3 |
82,2 |
28,2 |
|
ondan: karbamid, min ton |
137,2 |
82,2 |
28,1 |
|
İlkin formada plastik kütlə, min ton |
79,7 |
97,1 |
26,1 |
|
ondan: polietilen, min ton |
41,3 |
100,5 |
15,5 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
40,5 |
161,4 |
12 |