Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 647,8 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6%, kimya sənayesi məhsullarının istehsalı 8%, əczaçılıq məhsullarının istehsalı isə 2,9% artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından polietilen istehsalı 32,2 faiz, etilen istehsalı 30,2%, propen (propilen) istehsalı 24,8%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,1 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,2%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 9,4% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
34 791,9 |
108 |
51,5 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
15 869 |
91 |
42 |
|
Lak-boya məmulatları, ton |
28133,8 |
119,3 |
164,5 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
20 210 |
115,4 |
5 170 |
|
ondan: |
|
|
|
|
yod, ton |
155,3 |
108,2 |
23,7 |
|
Üzvi kimyəvi maddələr, min ton |
716,9 |
101,9 |
39,9 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
126,9 |
130,2 |
0,4 |
|
propen (propilen), min ton |
115,6 |
124,8 |
0,5 |
|
metanol (metil spirti), min ton |
350,1 |
87,0 |
32,9 |
|
Etil spirti, min dkl |
32,2 |
137,0 |
25,9 |
|
Gübrə və azot birləşmələri, min ton |
293,2 |
73,7 |
69,9 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
293,1 |
73,7 |
69,7 |
|
İlkin formada plastik kütlə, min ton |
243,1 |
132,9 |
17,8 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
124,9 |
132,2 |
7,5 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
89,3 |
121,7 |
7,6 |