Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 735 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 38,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,5% artıb.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 62,7%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 61,7%, lak-boya məmulatlarının istehsalı 13,3% artmış, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 32,4% azalıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2022-ci il, yanvar-sentyabr |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
|
Azot, min kubmetr |
17 436,4 |
103,3 |
|
ondan əmtəəlik |
1 105,6 |
171,4 |
|
Yod, ton |
143,5 |
114,3 |
|
Oksigen, min kubmetr |
3 931,6 |
52,7 |
|
ondan əmtəəlik |
3 662,5 |
49,3 |
|
Propilen, min ton |
92,6 |
87,9 |
|
ondan əmtəəlik |
88,5 |
89,7 |
|
Polietilen, min ton |
94,9 |
78 |
|
Etilen, min ton |
97,5 |
78,8 |
|
Metanol (metil spirti), min ton |
402,3 |
161,7 |
|
Lak-boya məmulatları, ton |
23 591,4 |
113,3 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
41 652,1 |
130 |