Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2020,2 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4%, kimya sənayesi məhsullarının istehsalı 8,3%, əczaçılıq məhsullarının istehsalı isə 1,1% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etil spirti 2 dəfə, polietilen istehsalı 24,6%, etilen istehsalı 22,7%, propen (propilen) istehsalı 18%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72% faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,3%, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr 21,1%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 5% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar- noyabr |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Təsirsiz qazlar, min kub metr |
42 348,1 |
102,4 |
11,5 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
19 582,2 |
91,8 |
2 |
|
Lak-boya məmulatları, ton |
35 814,5 |
118,5 |
2 24,9 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
22950,0 |
114,5 |
5360 |
|
ondan: |
|
|
|
|
yod, ton |
192,6 |
107,6 |
27,8 |
|
Üzvi kimyəvi maddələr, min ton |
882,8 |
101,1 |
21,3 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
151,5 |
122,7 |
1,5 |
|
propen (propilen), min ton |
140,1 |
118,0 |
0,9 |
|
metanol (metil spirti), min ton |
445,5 |
91,0 |
12,3 |
|
Etil spirti, min dkl |
47,9 |
2,0 d. |
25,5 |
|
Gübrə və azot birləşmələri, min ton |
399,5 |
82,1 |
62,3 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
399,4 |
82,1 |
62,3 |
|
İlkin formada plastik kütlə, min ton |
291,5 |
126,1 |
14,8 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
147,5 |
124,6 |
7,6 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
112,4 |
125,7 |
7,6 |