Cari ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 166,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 41% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 1,4% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından yod istehsalı 6,1%, etilen istehsalı 10,3%, propen (propilen) istehsalı 24,3%, polietilen istehsalı 28,3% azalıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 64,9%, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr istehsalı 56,9%, polietilendən kisə və çantalar istehsalı isə 48,1% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2024-cü ilin yanvar ayında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq ayına nisbətən, faizlə |
01.02.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
3480,8 |
83,3 |
169,9 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
1959,5 |
104,8 |
68,0 |
|
Lak-boya məmulatları, ton |
1644,2 |
123,5 |
304,2 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
2260,0 |
123,5 |
6620,0 |
|
ondan: |
|
|
|
|
yod, ton |
16,8 |
93,9 |
24,4 |
|
Üzvi kimyəvi maddələr, min ton |
85,3 |
94,7 |
27,9 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
13,1 |
89,7 |
1,6 |
|
propen (propilen), min ton |
10,9 |
75,7 |
1,1 |
|
metanol (metil spirti), min ton |
49,0 |
104,3 |
17,6 |
|
Etil spirti, min dkl |
- |
- |
25,8 |
|
Gübrə və azot birləşmələri, min ton |
59,1 |
150,8 |
43,6 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
59,1 |
150,8 |
43,6 |
|
İlkin formada plastik kütlə, min ton |
22,0 |
77,7 |
24,8 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
10,9 |
71,7 |
15,1 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
6,1 |
88,4 |
6,6 |