Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 412,9 mln. manatlıq məhsul istehsal edilib, bu da illik müqayisədə 95,1% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesi məhsullarının istehsalında 48,3%, əczaçılıq məhsullarının istehsalında 42,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 23,2% artıb.
Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 71,3%, əsas kimya məhsullarından propilen istehsalı isə 12,2% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2022-ci il, yanvar-fevral |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
|
Azot, min kubmetr |
3 600,8 |
102,2 |
|
ondan əmtəəlik |
60,8 |
107,8 |
|
Yod, ton |
23,1 |
82,5 |
|
Oksigen, min kubmetr |
506,1 |
29,3 |
|
ondan əmtəəlik |
499,9 |
29,1 |
|
Propilen, min ton |
27,6 |
112,2 |
|
ondan əmtəəlik |
26,1 |
113,5 |
|
Polietilen, min ton |
30,2 |
91 |
|
Etilen, min ton |
29,4 |
88,8 |
|
Metanol (metil spirti), min ton |
96 |
- |
|
Lak-boya məmulatları, ton |
3 198,6 |
87,2 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
9 114,7 |
151,2 |