Bank Of Baku

Azərbaycanda kondensatın istehsalı cüzi artıb

Azərbaycanda kondensatın istehsalı cüzi artıb
# 24 iyul 2023 10:14 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2 538,66 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 0,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 2 536,2 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 519,84 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 0,17% çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 2 515,46 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR