Azərbaycanda elektrik enerjisinin istehsalı artırılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında ölkədə 10 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.
İstehsal olunan 9,64 mlrd. kVt-saatı əmtəəlik olan elektrik enerjisidir (4,7% artım).
Azərbaycanda elektrik enerjisinin istehsalı:
|
Məhsul növləri |
2019-cu ilin yanvar-may aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
|
Elektrik enerjisi, mln. kVt-saat |
9 991 |
104,4 |
|
- ondan əmtəəlik |
9 644,5 |
104,7 |
|
su elektrik stansiyalarının istehsalı |
683,3 |
91,8 |
|
istilik elektrik stansiyalarının istehsalı |
8 895,9 |
105,9 |
|
küləklə işləyən stansiyaların istehsalı |
48,6 |
7,6 dəfə |
|
günəş enerjisi ilə işləyən stansiyaların istehsalı |
16,7 |
110,6 |