Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 50,7 mln. kubmetr itki olub, bu da illik müqayisədə 42,8% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 35,5 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 430,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% artım müşahidə olunub.
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.