Azərbaycanda bu ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 347,1 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 51%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4%, kimya sənayesi məhsullarının istehsalı isə 14,7% artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından metanol 2 dəfə, karbamid 69,9%, yapışqan və yapışdırıcı maddələr 31,1%, rezin və plastik kütlə məmulatlarından məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr istehsalı 63,7%, polietilendən kisə və çantalar istehsalı 50%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 26,4% artıb.
Kimya sənayesi sahəsində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri |
2024-cü ilin yanvar-fevral aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
7038,7 |
86,2 |
97,5 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
3857,8 |
104,2 |
94,0 |
|
Lak-boya məmulatları, ton |
3130,3 |
91,2 |
428,9 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
6090,0 |
120,6 |
7210,0 |
|
ondan: |
|
|
|
|
yod, ton |
31,2 |
94,0 |
16.6 |
|
Üzvi kimyəvi maddələr, min ton |
159,3 |
117,6 |
31,9 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
27,2 |
93,5 |
1,2 |
|
propen (propilen), min ton |
24,9 |
89,2 |
0,7 |
|
metanol (metil spirti), min ton |
94,9 |
2,0 d. |
22,3 |
|
Etil spirti, min dkl |
- |
- |
20,8 |
|
Gübrə və azot birləşmələri, min ton |
111,1 |
169,9 |
26,7 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
111,1 |
169,9 |
26,6 |
|
İlkin formada plastik kütlə, min ton |
50,2 |
88,2 |
29,2 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
24,4 |
82,4 |
18,9 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
17,3 |
131,1 |
8,7 |