Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 760,6 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kimya sənayesində 20,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında 26,1%, əczaçılıq məhsullarının istehsalında isə 12,6% artım olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əsas kimya məhsullarından metanolun istehsalı 2,2 dəfə, lak-boya məmulatlarının istehsalı 79,6%, propilen istehsalı 59,2%, etilen istehsalı 14,5%, yod istehsalı 5,4% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri
|
2019-cu ilin yanvar-sentyabr aylarında istehsal edilib
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
|
|
Azot, min kub metr |
17 047,4 |
94,9 |
|
ondan əmtəəlik |
724,5 |
44,5 |
|
Yod, ton |
144,3 |
105,4 |
|
Oksigen, min kub m |
2 588,1 |
69,9 |
|
ondan əmtəəlik |
2 540,4 |
71,5 |
|
Propilen, min ton |
74,7 |
159,2 |
|
ondan əmtəəlik |
74,4 |
184,6 |
|
Polietilen, min ton |
76,9 |
92,4 |
|
Etilen, min ton |
98 |
114,5 |
|
Metanol (metil spirti), min ton |
277,4 |
2,2 d. |
|
Lak-boya məmulatları, ton |
17 832 |
179,6 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
19 909,4 |
158,4 |