Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 110,1 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb.
Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3%, lak-boya məmulatlarının istehsalı 15,8% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35% azalıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2022-ci il, yanvar-noyabr |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
|
Azot, min kubmetr |
21 337,3 |
103,6 |
|
ondan əmtəəlik |
1 344,7 |
191,5 |
|
Yod, ton |
179 |
117,5 |
|
Oksigen, min kubmetr |
5 038,2 |
56,2 |
|
ondan əmtəəlik |
4 745,5 |
53,2 |
|
Propilen, min ton |
118,7 |
89,4 |
|
ondan əmtəəlik |
113,6 |
91,6 |
|
Polietilen, min ton |
118,8 |
77,7 |
|
Etilen, min ton |
123,5 |
79,9 |
|
Metanol (metil spirti), min ton |
489,5 |
143,3 |
|
Lak-boya məmulatları, ton |
30 216 |
115,8 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
53 397,7 |
140,5 |