Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 946,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2,1 dəfə, kimya sənayesi məhsullarının istehsalında 25,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 19,9% artıb.
Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 66,6%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,9%, kimya məhsullarından lak-boya məmulatlarının istehsalı isə 15,8% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2022-ci il, yanvar-may |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
|
Azot, min kubmetr |
9 377,3 |
103 |
|
ondan əmtəəlik |
353,3 |
2,5 dəfə |
|
Yod, ton |
64,6 |
94,6 |
|
Oksigen, min kubmetr |
2 240,8 |
56,8 |
|
ondan əmtəəlik |
2 226,4 |
56,7 |
|
Propilen, min ton |
42,5 |
72,2 |
|
ondan əmtəəlik |
39,7 |
72,2 |
|
Polietilen, min ton |
45,5 |
67 |
|
Etilen, min ton |
44,8 |
65,2 |
|
Metanol (metil spirti), min ton |
230,1 |
4,9 dəfə |
|
Lak-boya məmulatları, ton |
10 901,9 |
115,8 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
19 452,8 |
115,3 |