Bank Of Baku

Azərbaycanda neft emalı 6%-dən çox azalıb

Azərbaycanda neft emalı 6%-dən çox azalıb
# 15 dekabr 2022 12:05 (UTC +04:00)

Azərbaycanda neft emalı 2022-ci ilin yanvar-noyabr aylarında 5,7 mln. ton təşkil edib, bu da illik müqayisədə 6,5% azdır.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə 6,1 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı. Bu da emal həcmlərinə öz təsirini göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR