Bank Of Baku

Azərbaycanda neft emalı artıb

Azərbaycanda neft emalı artıb
# 19 aprel 2022 15:51 (UTC +04:00)

Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.

“Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR