Azərbaycanda neft kəmərlərində itkilər 30%-dən çox artıb

Azərbaycanda neft kəmərlərində itkilər 30%-dən çox artıb
# 17 aprel 2024 12:16 (UTC +04:00)

Ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ildə respublika üzrə neft kəmərlərində itkilər 2,9 min ton təşkil edib.

Qeyd edək ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR