Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 840,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 1,4% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından sürtkü yağlarının, neft bitimunun istehsalı azalıb, avtomobil benzininin, ağ neftin, yanacaq mazutunun, dizel yanacağının, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.