Azərbaycanda neftin emalı azalıb

Azərbaycanda neftin emalı azalıb
# 13 fevral 2024 12:49 (UTC +04:00)

Cati ilin yanvar ayında Azərbaycanda 481 min. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 14% azdır.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazirliyini məlumatlarına əsasən, 2023-ci ilin yanvarında Azərbaycanda 559 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR