Bank Of Baku

Azərbaycanda nəqliyyatda karbon emissiyaların cəmi 1%-i dəmir yolunun payına düşür

Azərbaycanda nəqliyyatda karbon emissiyaların cəmi 1%-i dəmir yolunun payına düşür
# 23 oktyabr 2024 12:43 (UTC +04:00)

Azərbaycanda ümumi karbon emissiyalarının 15%-i nəqliyyat sektorunun payına düşür.

APA-Economics" xəbər verir ki, bu barədə "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində çıxışı zamanı COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, nəqliyyat sektorunda karbon emissiyalarının 92%-i yerüstü nəqliyyatın payına düşür.

Elnur Soltanov onu da qeyd edib ki, nəqliyyat sektoru üzrə karbon emissiyalarının 5%-i hava nəqliyyatı, 2%-i dəniz və cəmi 1%-i dəmir yolu nəqliyyatının üzərinə düşür.

Nazir müavini onu da əlavə edib ki, 2022-ci ildə Azərbaycanda karbon emissiyalarının həcmi 61 mln. ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR