Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 797,2 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 29,7% artıb, kimya sənayesində isə 5,3% azalıb.
Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 93,6%, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 8,1 dəfə artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2021-ci il, yanvar-iyun |
2020-ci ilin müvafiq ayına nisbətən, % |
Azot, min kub m |
10 927,1 |
97,6 |
ondan əmtəəlik |
182,1 |
66,7 |
Yod, ton |
82,2 |
92,9 |
Oksigen, min kub m |
4 962,3 |
4,4 dəfə |
ondan əmtəəlik |
4 943,7 |
4,5 dəfə |
Propilen, min ton |
70,1 |
105,3 |
ondan əmtəəlik |
65,6 |
102,7 |
Polietilen, min ton |
81,7 |
93,8 |
Etilen, min ton |
82,8 |
94,6 |
Metanol (metil spirti), min ton |
98,4 |
40,4 |
Lak-boya məmulatları, ton |
12 362,1 |
193,6 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
20 736,8 |
135,7 |