Ötən il Azərbaycanda 2 043 vahid minik avtomobili istehsal olunub.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci illə müqayisədə 4,8% çoxdur.
Təkcə dekabr ayında 51 vahid avtomobil buraxılıb ki, bu da noyabr ayı ilə müqayisədə 2,5 dəfə azdır.
Qeyd edək ki, cari ilin yanvarın 1-nə hazır avtomobil ehtiyatı 340 vahid təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. 2020-ci ildə minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.