Ötən il Azərbaycanda gündəlik ortalama neft hasilatı 594 025 barel təşkil edib.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabatda təqdim olunan göstəriciləri əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Hesabata əsasən, ötən il gündəlik neft hasilatı üzrə ən yüksək göstərici iyun ayında qeydə alınıb və 610 min barel təşkil edib. Gündəlik neft hasilatı üzrə ən aşağı göstərici isə (585,9 min barel) oktyabr ayında qeydə alınıb.
Azərbaycanda gündəlik ortalama neft hasilat üzrə göstəricilər:
|
2021-ci il |
Gündəlik xam neft hasilatı (min barel) |
|
Yanvar |
593,0 |
|
Fevral |
593,0 |
|
Mart |
592,1 |
|
Aprel |
594,0 |
|
May |
586,0 |
|
İyun |
610,0 |
|
İyul |
606,0 |
|
Avqust |
596,1 |
|
Sentyabr |
586,2 |
|
Oktyabr |
585,9 |
|
Noyabr |
588,9 |
|
Dekabr |
597,1 |
Xatırladaq ki, Azərbaycan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının iştirakçısıdır.
OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 23-cü iclasında gündəlik neft hasilatının 2022-ci ilin yanvarında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olmasını nəzərdə tutur.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.