Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2% azalıb, qeyri neft-qaz sektorunda isə 8% artıb.
Məlumata görə, sənaye məhsulunun 67,4%-i mədənçıxarma sektorunda, 27,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 4,2% artıb”, - məlumatda qeyd olunur.