Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 308,7 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 19,5% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında ölkədə 1 626,4 min ton qaz kondensatı istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 1 295,4 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 20% azdır. Belə ki, 2021-ci ilin birinci rübündə bu göstərici 1 619,9 min ton səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycan 5 342,1 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 26,6% çoxdur. 2021-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatın 5 324,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 27,2% çoxdur.