Bank Of Baku

Azərbaycanda qaz kondensatının istehsalı 7%-dən çox azalıb

Azərbaycanda qaz kondensatının istehsalı 7%-dən çox azalıb
# 25 oktyabr 2022 16:28 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 689,61 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 7,57% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 3 991,7 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 3 665,33 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,85% azdır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 977,8 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 5 342,1 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 26,6% çoxdur. 2021-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatın 5 324,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 27,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR