Bank Of Baku

Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb

Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
# 13 mart 2024 12:08 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9% azalıb, qeyri neft-qaz sektorunda isə 11,2% artıb.

Sənaye məhsulunun 63,9%-i mədənçıxarma sektorunda, 29,5%-i emal sektorunda, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7% azalıb, əmtəəlik qaz hasilatı isə 4% artıb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR