Bank Of Baku

Azərbaycanda səmt qazının istehsalı 6%-dək artıb

Azərbaycanda səmt qazının istehsalı 6%-dək artıb
# 25 oktyabr 2022 16:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 534,63 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 5,73% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə ölkədə 10 909,6 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 257,36 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 3,17% çoxdur. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 157,2 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 065,6 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 13,2% çoxdur. 2021-ci ildə istehsal edilən səmt qazının 4 477 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 31,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR