Bank Of Baku

Azərbaycanda sənaye istehsalı 3,9% artıb

Azərbaycanda sənaye istehsalı 3,9% artıb
# 13 aprel 2022 12:14 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 20,6 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 18,1% artıb.

Məlumata görə, sənaye məhsulunun 73,7%-i mədənçıxarma sektorunda, 21,6%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 16,4% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR