Bank Of Baku

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye istehsalı artıb
# 11 avqust 2021 12:35 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyul aylarında 27,5 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,4% artıb.

Məlumata görə, sənaye məhsulunun 62,7%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3% azalıb, əmtəəlik qaz hasilatı isə 11,1% artıb”, - məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR