Bank Of Baku

Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb
# 17 yanvar 2023 14:24 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 1,1% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,5% azalıb, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artıb.

Məlumata görə, sənaye məhsulunun 75,4%-i mədənçıxarma sektorunda, 20,6%-i emal sektorunda, 3,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR