Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 mlrd. manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,4% azalıb, qeyri neft-qaz sektorunda isə 6% artıb.
Məlumata görə, sənaye məhsulunun 68,6%-i mədənçıxarma sektorunda, 26,2%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb”, - məlumatda qeyd olunur.