Bu ilin yanvar-iyul ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6%, tikinti gipsinin istehsalı 38,3%, tikinti əhənginin istehsalı 19,9%, tikinti kərpicinin istehsalı 13,7%, sementin istehsalı 4,3% artıb, asfaltın istehsalı isə 33,2% azalıb.
Ölkədə istehsal olunmuş tikinti materialları:
|
Mәhsul növlәri |
2021-ci ilin yanvar-iyul aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq ayına nisbətən, % |
|
Sement, min ton |
1957,0 |
104,3 |
|
Tikinti gipsi, min ton |
14,8 |
138,3 |
|
ondan әmtәәlik |
14,8 |
139,6 |
|
Tikinti әhәngi, min ton |
20,5 |
119,9 |
|
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
47,5 |
172,1 |
|
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
40,0 |
2,0 d. |
|
Asfalt, min ton |
60,5 |
66,8 |
|
Tikinti kәrpici, min kubmetr |
330,9 |
113,7 |
|
Hörmә üçün hazır beton qarışığı, min ton |
1475,3 |
140,6 |
|
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
22858,9 |
172,2 |