Bank Of Baku

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL
# 16 fevral 2022 17:00 (UTC +04:00)

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar ayında istehsalın ümumi dəyəri 62,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,1% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, emal edilən mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4,4 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,5 dəfə, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,4%, tikinti kərpicinin istehsalı 44,4%, tikinti gipsinin istehsalı 18,2% artıb, tikinti əhənginin istehsalı 9,4%, sementin istehsalı isə 6% azalıb.

Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:

Mәhsul növlәri

2022-ci ilin yanvar ayında istehsal edilib

Әvvәlki ilin müvafiq ayına nisbәtәn, faizlә

Sement, min ton

219,5

94,0

Tikinti gipsi, min ton

1,3

118,2

ondan әmtәәlik

-

-

Tikinti әhәngi, min ton

2,9

90,6

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

11,2

3,5 d.

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

6,1

169,4

Asfalt, min ton

4,5

132,4

Tikinti kәrpici, min kubmetr

191,4

141,7

Hörmә üçün hazır beton qarışığı, min ton

1 230,1

141,6

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

1388,7

4,4 d.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR