Bank Of Baku

Azərbaycandakı GES-lər istehsalı 40%-dən çox artırıb

Azərbaycandakı GES-lər istehsalı 40%-dən çox artırıb
# 15 mart 2022 16:16 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda küləklə işləyən stansiyalar 9,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 35,2% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvarda günəş enerjisi ilə işləyən stansiyalar (GES) tərəfindən isə 7,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+41,5%).

Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır. 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR