Bank Of Baku

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb
# 17 dekabr 2021 12:55 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 81,1 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-noyabr aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 51 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,9%).

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 23 509,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,9% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 22 789,8 mln. kVt-saat təşkil edib (+8,3%).

Hesabat dövründə ölkədə istehsal edilən elektrik enerjinin 21 494,8 mln. kVt-saat istilik (+7,9%), 1 162,9 mln. kVt-saat su elektrik (+18%) stansiyaların payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR