Bank Of Baku

Azərbaycandakı sənaye zonaları ötən il istehsal həcmlərini kəskin artırıb

Azərbaycandakı sənaye zonaları ötən il istehsal həcmlərini kəskin artırıb
# 01 fevral 2022 11:47 (UTC +04:00)

Bu günədək Azərbaycanın sənaye zonalarında ümumilikdə 5,8 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 mlrd. manatlıq hissəsi (təqribən 29%-i) ixrac olunub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən il sənaye zonalarında 2,4 mlrd. manatlıq (qeyri-neft sektorunda xüsusi çəkisi 15,5%) məhsul istehsal olunub. 2020-ci ilin göstəricisi ilə müqayisədə istehsal 88,3% artıb.
Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artıb (qeyri-neft sənaye məhsullarının ixracında payı 30,8%).

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR