Bank Of Baku

Azərbaycandakı sənaye zonalarına indiyədək 6 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycandakı sənaye zonalarına indiyədək 6 mlrd. manatdan çox investisiya yatırılıb
# 10 dekabr 2021 10:42 (UTC +04:00)

Azərbaycanda sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb, 9 500-dək iş yeri yaradılıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 0,4 mlrd. manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, sənaye zonaları üzrə indiyədək 5 mlrd. manatlıq məhsul istehsal edilib, bunun 1,4 mlrd. manatı – təxminən 28%-i ixrac olunub.

Xatırladaq ki, hazırda ölkədə 7 sənaye parkı və 5 sənaye məhəlləsi mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR