Bank Of Baku

Azərbaycandan Avropaya bu il 10 mlrd. kubmetrdən artıq qaz ixrac edilib

Azərbaycandan Avropaya bu il 10 mlrd. kubmetrdən artıq qaz ixrac edilib
# 15 dekabr 2022 10:30 (UTC +04:00)

Bu ilin 11 ayında operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 29,8 mln. ton neftin 24 mln. tonu ixraca nəql edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 7% artımla hasil edilmiş 42,5 mlrd. kubmetr qazın 20,1 mlrd. kubmetri ixrac olunub.

Yanvar-noyabr aylarında qaz ixracı 19% artıb. Avropaya 10,3 mlrd. kubmetr, Türkiyəyə 7,6 mlrd. kubmetr, Gürcüstana isə 2,2 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 5,2 mlrd. kubmetr qazla təchiz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR