Bank Of Baku

Azərbaycandan Avropaya indiyədək 29 mlrd. kubmetrə yaxın qaz çatdırılıb

Azərbaycandan Avropaya indiyədək 29 mlrd. kubmetrə yaxın qaz çatdırılıb
# 20 oktyabr 2023 09:40 (UTC +04:00)

Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 mlrd. kubmetr, Avropaya isə 28,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, bu il ölkədə qaz hasilatı 48,7 mlrd. kubmetr, ixracı isə 24 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb.

Nazirin sözlərinə görə, 2021-ci ildə Avropaya 8,2 mlrd. kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə - 11,4 mlrd. kubmetrə çatdırılıb.

Nazır vurğulayıb ki, hazırda Avropanını 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 mlrd. kubmetrdən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR