Bank Of Baku

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb
# 06 aprel 2023 12:16 (UTC +04:00)

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət nazir Peter Siyarto Tbilisidə keçirilən Yaşıl Enerji Dəhlizi Forumunda çıxışında deyib.

O bildirib ki, Azərbaycanla təbii qazın idxalı ilə bağlı - bu il üçün təxminən yüz milyon kubmetr həcmində qaz - siyasi razılıq əldə olunub.

"Lakin sonradan bu, uzunmüddətli perspektivdə müqavilə çərçivəsində bu, hər il iki milyard kubmetrə qədər arta bilər", - nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR