Azərbaycanda sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün ödədikləri ümumi məbləğ açıqlanıb  

Azərbaycanda sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün ödədikləri ümumi məbləğ açıqlanıb  
# 12 iyul 2019 09:42 (UTC +04:00)

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Texniki Şuralarına daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19 122,5 kVt güc sifariş edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sahibkarlar tərəfindən Texniki Şuralara 3 399 680,01 manat qoşulma haqqı ödənilib.

Qeyd edək ki, bu ilin birinci yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1 174 müraciətə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR