Azərbaycanın 3 ayda neft-kondensat hasilatı 7,3 mln. ton olub

Azərbaycanın 3 ayda neft-kondensat hasilatı 7,3 mln. ton olub
# 08 aprel 2024 09:43 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 7,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 6 mln. ton olub.

"APA-Economics"in xəbərinə görə, bu barədə Energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımda qeyd edib.

O bildirib ki, bu dövrdə 400 mln. kubmetr artımla hasil edilmiş 12,6 mlrd.kubmetr qazın 6,4 mlrd. kubmetri ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR