Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2 200 mlrd. kubmetr həcmində qiymətləndirilir.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, göstərilən rəqəmin 1 200 mlrd. kubmetri "Araz-Alov-Şərq" (700 mlrd. kubmetr) və "Şəfəq-Asiman" (500 mln. kubmetr) strukturlarının payına düşür.
Bundan əlavə, sözügedən 5 strukturda ilkin çıxarıla biləcək kondensat ehtiyatları 315 mln. ton təşkil edir ki, bunun da 170 mln. tonu "Araz-Alov-Şərq" (90 mln. ton) və "Babək" (80 mln. ton) strukturlarında yerləşdiyi ehtimal olunur.