Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
“APA-Economics” Fondun yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında AÇG yatağından 7 mlrd. 528 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib.
"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir 1 mlrd. 209 mln. ABŞ dolları təşkil edib.
Kondensatın satışından qeyd olunan dövrdə əldə olunan gəlir 328,567 mln. ABŞ dolları təşkil edib.