Bank Of Baku

Azərbaycanın alüminium ixracından gəlirləri 42%  artıb

Azərbaycanın alüminium ixracından gəlirləri 42%  artıb
# 16 avqust 2021 15:35 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycan 72 815,45  min ABŞ dolları dəyərində 30 558,64 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, bu ilin yeddi ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42%, həcmi isə 5,7% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,38% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR